Ərarvadın birbirinin libası olması nə məna daşıyır?


Digərləri 31 May 2020 19:10:00 136 0

Ərarvadın birbirinin libası olması nə məna daşıyır?

"Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız" ("Bəqərə" 187).

Ərlə arvadın bir-birinin üzərində haqqı vardır. Allah Təala qadınları kişilərin və kişiləri də qadınların libası qərar vermişdir. Kişinin həyat yoldaşına diqqət etməsi o məsələlərdəndir ki, İslam dini ona böyük əhəmiyyət verir.

İslam dininin nəzərinə görə qadının ailədəki dəyəri o qədər böyükdür ki, kişinin həyatına rahatlıq bəxş edən ən böyük amil hesab edilir. Evli bir insanın iki rükət namazı subay insanın çoxlu namazından üstündür.

İmam Sadiq (ə) buyurur: "Atam bir kişidən soruşdu: "Həyat yoldaşın var?". Dedi: "Yox". Atam buyurdu: "Mənim üçün xoş deyildir ki, dünya və onda olan bütün hər şey mənim üçün olsun, ancaq gecəni həyat yoldaşım olmadan başa vurum". Sonra buyurdu: "Evli bir insanın qıldığı iki rükət namaz gecəni ibadətdə və gündüzləri oruc halda keçirən subay insanın ibadətindən daha üstündür". Sonra atam ona 7 qızıl sikkə verir və buyurur: "Bu pulla evlən".

Həzrət Peyğəmbər (s) buyurur: "Mömini məşğul edən bir bir əməl batildir. Üç şeydən başqa: atı böyütmək, ox atmaq və həyat yoldaşı ilə zarahat etmək kimi".

Libas insanı soyuqdan, istidən və hər cür təbii zədədən qoruyur. İnsanı zinətləndirir və ona rahatlıq bəxş edir. Ərlə arvad da bir-birinə qarşı belədirlər. Bir şərtlə ki, həyatlarında dostluq və mehribanlıq hakim olsun.

Sübhan Allah buyurur: "Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).