Xəzərin bu hissəsində çimərliklər açılır


Dünya 31 May 2020 18:42:00 185 0

Xəzərin bu hissəsində çimərliklər açılır

4 iyundan etibarən İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizi çimərlikləri turistlər üçün açılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mazandaran vilayəti valiliyinin ictimai və mədəniyyət məsələləri üzrə idarəsinin baş direktoru Əli Rəcəbi deyib.

Onun sözlərinə görə, İranın Koronavirusla Milli Mübarizə Komitəsi Mazandaran vilayətində çimərliklərin açılması ilə bağlı qərarın verilməsini valiliyə həvalə edib.

Valilik rəsmisi deyib ki, turistlər sadəcə çimərliklər üçün təyin olunan ərazilərdən istifadə edə bilərlər.

"İstirahət üçün Xəzər dənizinin sahillərini seçən turistlər koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar səhiyyə protokollarına və digər qaydalara riayət etməlidirlər", - deyə o qeyd edib.