Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox azalıb


İqtisadiyyat 31 May 2020 18:08:51 178 0

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 156,1 milyon manat xalis mənfəət əldə edib

© Report — Azərbaycan Mərkəzi Bankı

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 156,1 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,1% və yaxud 2,2 dəfə azdır.

4 ay ərzində bankların əməliyyat gəlirləri 875,9milyon manat (ötən ilin eyni dövrünə nisbətən 2,1% az), əməliyyat xərcləri 570,5 milyon manat (7,2% çox), xüsusi ehtiyatlara ayırmaları 98,2 milyon manat (11,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 51,1 milyon manat (85,8% çox) təşkil edib.