Bərdədə yeni üzən nasos stansiya istifadəyə verilib


İqtisadiyyat 31 May 2020 18:24:24 161 0

Bərdədə yeni üzən nasos stansiya istifadəyə verilib

Əkinlərin suvarılması üçün 920 millimetr diametrində 5 200 metrlik təzyiqli metal boru kəmər çəkilib

Bərdə rayonunun Məmmədli kəndi ərazisində Kür çayı üzərində ikiaqreqatlı elektrik nasos stansiyası tikilərək istifadəyə verilib.

Bu barədə "Report" "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir.

Bildirilir ki, əkinlərin suvarılması üçün 920 millimetr diametrində 5 200 metrlik təzyiqli metal boru kəmər çəkilib. Yeni tikilən qurğu vasitəsilə 1 000 hektar, o cümlədən 750 hektar əkin və həyətyanı sahələrin və 250 hektar pambıq əkiləcək yeni sahənin suvarılması nəzərdə tutulur.