Müğənni pilləkəndən yıxılıb xəstəxanalıq oldu


Digərləri 31 May 2020 17:33:00 144 0

Müğənni pilləkəndən yıxılıb xəstəxanalıq oldu

Müğənni İrem Derici ötən həftə qəza keçirib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, ikimərtəbəli bir evdə yaşayan sənətçi pilləkəndən yıxılıb.

Eyvanda paltar asan İrem telefonuna zəng gəldiyini eşidib və qaçaraq aşağıya enmək istəyəndə, ayağı sürüşüb.

Bədəni şişən ifaçı xəstəxanaya yollanıb. Həkim müayinəsindən sonra evə gələn İrem 3 gündür müalicə alır.