Beyləqanda ər arvadını baltaladı


Digərləri 31 May 2020 18:12:00 174 0

Beyləqanda ər arvadını baltaladı

Beyləqanda münaqişə zamanı ər arvadını baltalayıb.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun Mil qəsəbəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Muradxanov Tahir Camal oğlu həyat yoldaşı olan rayon sakini 1970-ci il təvəllüdlü Cəfərova Dilruba Əli qızı ilə aralarında yaranmış mübahisə zamanı ona balta ilə xəsarətlər yetirib. 

Qadın Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.