OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər


Dünya 31 May 2020 17:54:00 136 0

OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər

OPEC+ ölkələrinin nazirləri iyunun 9-10-na planlaşdırılan görüşün daha əvvəlki tarixə keçirilməsini müzakirə edir.

Son.az Trend-ə istinadən bildirir ki, nazirlərin görüşü iyunun 4-də keçirilə bilər.

Qeyd olunur ki, tərəflər ötən ay qəbul edilmiş neft hasilatının azaldılması barədə sazişin müddətinin artırılmasını tezləşdirmək üçün bu cür qərar verib.

Əvvəlki cədvələ əsasən, iyunun 4-5-də OPEC+ texniki komitəsinin iclası, iyunun 8-də nazirlər monitorinq komitəsinin, 9-10-da isə OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin görüşü keçirilməli idi.