Azərbaycanın bank sektorunun aktivləri 5% artıb


İqtisadiyyat 31 May 2020 17:56:37 163 0

Azərbaycanın bank sektorunun aktivləri 5% artıb

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 272,8 milyon manat təşkil edib

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 272,8milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 5,05% çoxdur.

Bankların aktivlərinin 13 285,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 37,8%-dən 42,5%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 5,4% artaraq 26 711,4milyon manata çatıb, o cümlədən depozit portfeli 21,3% azalaraq19,94 milyon manata düşüb. Bunun 7 657,5milyon manatı fiziki, 12 282,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,2% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 20,7% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 76,5% artaraq 438,3 milyon manat olub.

Sektorun balans kapitalı isə 3,2% artaraq 4 561,4 milyon manat təşkil edib.