Azərbaycanın sığorta bazarı 17% böyüyüb


İqtisadiyyat 31 May 2020 17:41:17 153 0

Azərbaycanın sığorta bazarı 17% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 331,3 milyon manat məbləğində sığorta haqqı toplanılıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 331,3 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 105,6 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,4% çoxdur.

2020-cu ilin yanvar-aprel aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 33,9 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-aprel aylarında bu göstərici 25,1 manat olub.