İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub


Dünya 31 May 2020 17:19:39 170 0

İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub

Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı ölüb

İran hökuməti vurulan “Boeing 737-800” sərnişin təyyarəsinin “qara qutu”sunu Ukraynaya verməməyi qərara alıb.

“Report” xəbər verir ki, məlumatı ISNA agentliyi yayıb.

Bildirilib ki, buna səbəb İranın təklifinə Ukrayna tərəfinin cavabı gecikdirməsidir.

Agentlik “qara qutu”nun başqa ölkəyə, çox güman ki, Fransaya göndəriləcəyini qeyd edib.

Martın 12-də İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Rza Cəfərzadə “qara qutu” Ukrayna, yaxud Fransada deşifrə ediləcəyini bildirmişdi.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra vurulub. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı ölüb. Sonradan təyyarənin səhvən İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu məlum olub.