Azərbaycan manatının effektiv məzənnələri artıb


İqtisadiyyat 31 May 2020 17:36:17 144 0

Azərbaycan manatının effektiv məzənnələri artıb

Bu ilin may ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 78,6 bənd, real effeltiv məzənnəsi isə 107,4 bənd təşkil edib

© Report

Bu ilin may ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 78,6 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 2 bənd, ilin əvvəlinə nsibətən5,2 bənd, ötən il mayın 1-i ilə müqayisədə isə5,2 bənd çoxdur.

Aprelin sonuna milli valyutanınreal effektiv məzənnəsi isə 107,4 bənd təşkil edib. Bu isə martın sonu ilə müqayisədə 2,5 bənd,ilin əvvəlinə nisbətən8,4 bənd, ötən ilin mayın 1-i ilə müqayisədə isə7,1 bənd çoxdur.