Goranboyda karantin qaydalarını pozan çay evi aşkarlanıb


Digərləri 31 May 2020 17:24:00 148 0

Goranboyda karantin qaydalarını pozan çay evi aşkarlanıb

Goranboyda sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb.

Daxili İşlər Nazirlyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Son.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Dəliməmmədli şəhər ərazisində Sərxan Mustafayevin icarəyə götürdüyü "Göyçə" kafesinin çay evi hissəsinin müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

Bundan başqa çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan edilən qəlyan itifadə edilməsi də aşkar edilib. Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.