Bu yolda hərəkət qısamüddətli məhdudlaşdırılır


Digərləri 31 May 2020 16:54:00 128 0

Bu yolda hərəkət qısamüddətli məhdudlaşdırılır

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində 01 iyun tarixində səhər saatlarından hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) Son.az-a məlumat verilib.

Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.