ABŞ-ın Almaniyadakı səfirliyinin qarşısında aksiya keçirilib


Dünya 31 May 2020 16:25:42 150 0

ABŞ-ın Almaniyadakı səfirliyinin qarşısında aksiya keçirilib

ABŞ-ın Almaniyadakı səfirliyinin binası qarşısında irqçilik və polis zorakılığına qarşı etiraz aksiyası keçirilib.

ABŞ-ın Almaniyadakı səfirliyinin binası qarşısında irqçilik və polis zorakılığına qarşı etiraz aksiyası keçirilib.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, mayın 30-u və 31-dəBerlində diplomatik nümayəndəliyin binası qarşısında toplaşanmitinq iştirakçılarıafroamerikalıCorc Floydun Minneapolisdə polis tərəfindən qətlə yetirilməsinə etiraz ediblər.

Aksiyada2 000-dən çox insan iştirak edib. Onlar“Qaraların yaşaması daha vacibdir!” şüarı yazılan plakat tutublar.

Xatırladaq ki, Corc Floydun ölümü ilə nəticələnən saxlanma anının videogörüntülərinin yayılması Minneapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. Videoda polis əməkdaşlarının C.Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə onun boynunu sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. C.Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb. İğtişaşlar başladıqdan sonra 4 polis əməkdaşı işdən çıxarılıb, onlardan biri isə ehtiyatsızlıqdan adamöldürməkdə ittiham edilib.