ABŞ-da 24 mindən çox yeni yoluxma halı aşkarlanıb


Dünya 31 May 2020 16:31:07 174 0

ABŞ-da 24 mindən çox yeni yoluxma halı aşkarlanıb

ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 1,7 milyon nəfəri keçdi

ABŞ-da son sutka ərzində 24 mindən çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də media və digər açıq mənbələrin məlumatlarını cəmləyən Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki,son sutka ərzində ABŞ-da 24 146 yoluxma faktı aşkar edilib, 967 nəfər virusun qurbanı olub.

Universitetdən qeyd olunub ki, ABŞ-da ümumilikdə 1 770 384 yoluxma halı qeydə alınıb, 103 781 nəfər virusun qurbanı olub. 416 mindən çox insanın sağaldığı vurğulanıb.