Ləğv edilən dövlət Agentliyinin büdcəyə 90 min manatdan çox borcu var


İqtisadiyyat 31 May 2020 16:47:49 165 0

Ləğv edilən dövlət Agentliyinin büdcəyə 90 min manatdan çox borcu var

2019-cu il yanvarın 14-də ölkə başçısı tərəfindən imzalanmış Fərmanla Agentlik ləğv olunub

© Report

Ləğvetmə prosesində olan Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) dövlət büdcəsinə 90,44 minmanat vergi borcu var.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Xatırladaq ki, ABOEMDA Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyun 2012-ci il Fərmanı ilə yaradılıb.

2019-cu il yanvarın 14-dəölkə başçısı tərəfindən imzalanmışFərmanlaAgentlik ləğv olunub.