Peruda 6,1 bal gücündə zəlzələ olub


Dünya 31 May 2020 16:16:04 143 0

Peruda 6,1 bal gücündə zəlzələ olub

Mayın 31-də Perunun cənubunda 6,1 bal gücündə zəlzələ olub.

Mayın 31-də Perunun cənubunda 6,1 bal gücündə zəlzələ olub.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar 4,8 min nəfər əhalisi olan Lampa şəhərindən 28 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 144 km dərinlikdə yerləşib.

Dağıntı, ölən və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Qeyd edək ki, 1970-ci ilin mayın 31-də Peruda baş vermiş güclü zəlzələ nəticəsində 67 min nəfər ölmüşdü.