Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıb


İqtisadiyyat 31 May 2020 15:00:52 143 0

Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıb

Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıb

Koronavirus (COVID-19) pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" QSC (AZAL)və onun aşağı büdcəli törəməsi"Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar olaraq, iyulun 1-nə qədəruçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə,alternativ olaraq sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.