Rusiyada koronavirusa yoluxanların sayı 400 min nəfəri keçib


Dünya 31 May 2020 14:45:00 151 0

Rusiyada koronavirusa yoluxanların sayı 400 min nəfəri keçib

Rusiyada koronavirusa yoluxma göstəriciləri artır.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 9 268 nəfər virusa yoluxub, 138 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 405 843 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 4 693 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 171 883 nəfər virusdan sağalıb, 229 267 nəfərin müalicəsi isə davam edir.