"Sumqayıtın iqtisadi cəhətdən inkişaf etməsi orada ekoloji problemlərin yaranmasına səbəb olur"


Digərləri 31 May 2020 14:38:00 154 0

"Sumqayıtın iqtisadi cəhətdən inkişaf etməsi orada ekoloji problemlərin yaranmasına səbəb olur"

Sumqayıt şəhəri son müddət ərzində böyük inkişaf yolu keçib. Dövlət başçısının Sumqayıta diqqəti sayəsində bu bölgə daha dinamik inkişaf edən bölgəyə çevrilsə də, müəyən problemlər hələ də qalır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Deputat söyləyib ki, Sumqayıtın iqtisadi cəhətdən inkişaf etməsi orada ekoloji problemlərin yaranmasına səbəb olur: "Belə ki, orada məişət tullantıları böyük ekoloji problemlərə gətirib çıxarır ki, bu da insanların haqlı nazarılığına səbəb olur. Bu baxımdan düşünürəm ki, Sumqayıtda tullantıların emal edilməsi zavodunun yaradılması istiqamətində addım atılarsa, o zaman bu məsələ həllini tapa bilər".