BU MÜƏLLİMLƏR yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər


Digərləri 31 May 2020 14:19:00 147 0

BU MÜƏLLİMLƏR yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi müsabiqəsində hansı namizədlərin iştirak edə bilməyəcəyini açıqlayıb.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, müddətli əmək müqavilərinin daimiləşdirilməsi məqsədilə keçirilən müsabiqədə uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.

Lakin yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər cari ildə keçiriləcək işə qəbul müsabiqəsində iştirak edə bilərlər.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak üçün sənəd qəbulu 1-5 iyun tarixlərində aparılacaq.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul müsabiqəsində iştirak etdiyi ixtisas və müvafiq imtahan nəticəsinə əsasən dəyişdirilir.