Abşeronda faciə:


Digərləri 31 May 2020 11:55:00 154 0

Abşeronda faciə:

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Mexkalon qəsəbəsində qeydə alınıb.

1980-cı il təvəllüdlü Sarvan Muradovun idarə etdiyi "Mercedes 1317L" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolda hərəkətdə olan velosipedçi, 2004-cü il təvəllüdlü Arzu Tağıyevi vurub. O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.