Keçmiş eltisi Ece Erkeni öldürtmək istəyir


Digərləri 31 May 2020 11:56:00 154 0

Keçmiş eltisi Ece Erkeni öldürtmək istəyir

Aparıcı Ece Erken bu dəfə keçmiş eltisi ilə gündəmə gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı Güldeniz Uçardan polisə şikayət ərizəsi verib. O iddia edir ki, keçmiş eltisi onu öldürtmək istəyir.

Vəkili Mete Menekşe vasitəsilə məhkəməyə meraciət edən Erken eltisinin onu öldürtmək üçün bir "facetime" söhbəti zamanı Fatih Sipahi adlı bir şəxsdən kömək istədiyini bildirib. Məsələni Fatihin keçmiş sevgilisi və hazırda gözəllik salonu işlədən Özge Özel eşidib və aparıcıya çatdırıb.

Özge isə ötən həftə gözəllik salonuna Fatih Sipahi tərəfindən atəş açılması ilə gündəmə gəlmişdi.

Hazırda təhlükədə olduğunu deyən Ece qorxduğu üçün məhkəmədən kömək istəyib. Erken eyni zamanda İnstaqramda canlı yayımda keçmiş eltisin təhqir edib.