“Sosiskanı oğlumuza yedizdirirdik, özümüz ac qalırdıq”


Şou-biznes 31 May 2020 12:54:00 179 0

“Sosiskanı oğlumuza yedizdirirdik, özümüz ac qalırdıq”

Bizim mədəniyyətimiz ailə təməlləri üzərində qurulub. Ayrılmalar çoxalıb, bu, dünyanın bəlasıdır. İnsanlar öz yarlarını düzgün seçmirlər, tələsirlər. Əgər xasiyyətləri tutmursa, ayrılsalar yaxşıdır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "5-də 5" proqramında qonaq olarkən deyib.

Sənətçi ailəsindən söhbət açaraq, həyat yoldaşı Ədalət Hacıyevlə çətin günlər yaşadığını qeyd edib: "Ədalət müəllimlə bir-birimizə çox bənzəyirik.1985-ci ildə tanış olmuşuq, o vaxtdan bu yana əl-ələ davam etmişik. Pulsuz anlarımız olub.

O vaxtlar paketin içində preslənmiş beş ədəd sosiska satırdılar. Onu ancaq uşağımıza verirdik, biz yemirdik. Çünki ev almışdıq, onu ödəməyə çalışırdıq. Çətinlik hər bir ailədə olub. Gənc ailə idik, hərc-mərclik zamanında yaşayırdıq. Yoldaşım Rus Dram Teatrının direktor müavini vəzifəsində çalışırdı. O dövrdə heç fikir vermirdi".

Xalq artisti daha sonra "bu sənətdən uzaqlaşmaq istəmisiniz?" sualına belə rəy verib: "İndiki vaxtda ağzına gələni danışan, şər-böhtan var. Hər interneti olanın əlində televiziyası var. Orada da senzura yox. Tərbiyəni insan evdə almalıdır. Əgər yoxdursa, biz o tərbiyəni verə bilmərik. Bəzən bunları görüb düşünürəm ki, bəlkə daha oxumayım.