“190 manat iyunda da verilsin” Deputat


Digərləri 31 May 2020 12:26:28 155 0

“190 manat iyunda da verilsin”  Deputat

Aidiyyatı qurumlar 190 manatın iyun ayında da verilməsini nəzərə alsın.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə çıxışı zamanı deyib. 

O qeyd edib ki, bu məsələnin həllini tapması vacibdir: "Qeyd edim ki, ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 minə şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlanmalıdır". 

Deputat, həmçinin çıxışında regionlarda yeni iş yerlərinin yaradılmasını da təklif edib.