Azərbaycanda 14 bağlanmış bankın 11 milyon manatdan çox vergi borcu var


İqtisadiyyat 31 May 2020 10:30:41 122 0

Azərbaycanda 14 bağlanmış bankın 11 milyon manatdan çox vergi borcu var

2011-2020-ci illərdə Azərbaycanda lisenziyası ləğv olunmuş 14 bankın 11,2 milyon manat vergi borcu var

© Report

2011-2020-ci illərdə Azərbaycanda lisenziyası ləğv olunmuş 14 bankın 11,2 milyon manat vergi borcu var.

Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

Borcu ən çox olan bank 2016-cı ildə bağlanmış"Texnika Bank" ASC (5,3 milyon manat), ən az olan bank isə 2012-ci ildə bağlanmış"Royal Bank" ASC-dir (2,9 min manat).

Sıra № Bankın adı Borcun məbləği (manatla) Bankın bağlandığı il 1 "Royal Bank" 2 852,92 2012 2 "Deka Bank" 7 973,51 2016 3 "Gəncə Bank" 13 735,93 2016 4 "Evro Bank" 26 313,05 2015 5 "Amrah Bank" 41 117,66 2020 6 "Bank of Azerbaijan" 49 337,38 2016 7 "Kredo Bank" 78 017,73 2016 8 "Birlik Bank" 95 580,57 2011 9 "AGBank" 149 122,17 2020 10 "NBC Bank" 362 990,43 2020 11 "Zamin Bank" 491 550,97 2016 12 "Dəmir Bank" 1 115 653,98 2017 13 "Bank Standard" 3 487 741,44 2016 14 "Texnika Bank" 5 287 815,39 2016 Cəmi borc: 11 209 803,13