İkimərtəbəli evdə yanğın olub


Digərləri 31 May 2020 11:23:00 166 0

İkimərtəbəli evdə yanğın olub

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 ədəd televizor və tavan 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.