Kişi keçmiş arvadını çapacaqla ölümcül hala saldı


Digərləri 31 May 2020 11:28:05 147 0

Kişi keçmiş arvadını çapacaqla ölümcül hala saldı

Beyləqanda kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Mil qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Tahir Muradxanov münaqişə zəminində keçmiş həyat yoldaşı 1970-ci il təvəllüdlü Dilruba Cəfərova ilə mübahisə edib. Mübahisə zamanı T.Muradxanov ət doğramaq üçün nəzərdə tutulan kəsici alət olan çapacaqla D.Cəfərovanın baş və bədən nayihələrinə çoxsaylı zərbələr vurub.

Qadın ağır xəsarətlərlə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.