ABŞ-da qondarma erməni soyqırımı abidəsinin üzərinə qara boya tökülüb


Dünya 31 May 2020 11:26:44 183 0

ABŞ-da qondarma erməni soyqırımı abidəsinin üzərinə qara boya tökülüb

Abidə 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar ucaldılıb

ABŞ-ın Kolorado ştatında “erməni soyqırımı” abidəsinin(xaçkar) üzərinə qaraboya tökülüb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Abidənin yerləşdiyi Kolorado ştatının Kapitolu qarşısında Corc Floydun ölümünə qarşı aksiya keçirilib. Polis və hökumətə etirazını bildirən aksiya iştirakçıları “soyqırımı”na həsr edilən abidəni qara rəngəboyayıblarvə üzərinə şüar yazıblar.

Qeyd edək ki, abidə 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar ucaldılıb.