Rusiyada koronavirusa yoluxanların sayı 400 mini ötdü


Dünya 31 May 2020 11:36:29 143 0

Rusiyada koronavirusa yoluxanların sayı 400 mini ötdü

Rusiyada son bir gündə daha 9 268&nəfərə koronavirus diaqnozu qoyulub.

Rusiyada son bir gündə daha 9 268nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı405 843nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 138nəfər artaraq 4 693-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 171 883nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 595nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu ötüb. Bunların 2,7 milyon nəfərdən çoxu sağalıb, 371 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.