Qəbələdə bir uşaq və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb


Digərləri 31 May 2020 10:45:00 133 0

Qəbələdə bir uşaq və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb

Qəbələdə azyaşlı və heyvan sürüsü bataqlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.