Moskvada koronavirusdan ölənlərin sayı 2 477 nəfərə çatıb


Dünya 31 May 2020 10:51:00 138 0

Moskvada koronavirusdan ölənlərin sayı 2 477 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 69 nəfər ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 69 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda 2 477 nəfər koronavirusdan ölüb.