ÜST: Dünyada koronavirusa yoluxanların sayı 116 mindən çox artıb


Dünya 31 May 2020 11:10:00 129 0

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 116 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 116 mindən çox artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Mayın 30-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 116 048 nəfər yeni koronavirusa yoluxub, 5 017 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 817 385, ölənlərin isə 362 705 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 677 500 yoluxma və 64 408 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 122 350, ölənlərin sayı isə 179 353 nəfərə çatıb.