Bakıda 20 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı


Digərləri 31 May 2020 11:14:00 176 0

Bakıda 20 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı

Bakıda qadının kirayə qaldığı evdə meyiti tapılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39-da baş verib.

1998-ci il təvəllüdlü Aydan Allahverdiyevanın meyiti kirayə yaşadığı evin hamam otağında aşkar edilib. Qayınanası bildirib ki, onun meyitini hamamda dəm qazından boğularaq ölmüş vəziyyətdə aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanıb.