Braziliyada koronavirusa yoluxanların sayı


Dünya 31 May 2020 09:23:00 112 0

Braziliyada koronavirusa yoluxanların sayı

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda - 33 274 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, gündəlik yoluxma hallarında ardıcıl üçüncü dəfədir ki rekord göstəricilər qeydə alınır (cümə axşamı 26 417 yoluxma halı, cümə günü 26 928 yoluxma halı).

Bildirilir ki, ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 498 440 nəfərə çatıb. Ötən sutka ərzində 956 nəfər koronavirusdan vəfat edib, ölənlərin ümumi sayı 28 834 nəfər təşkil edir.