NyuYorkda daha 70 etirazçı saxlanılıb


Dünya 31 May 2020 09:35:00 150 0

NyuYorkda daha 70 etirazçı saxlanılıb

ABŞ-ın Nyu-York şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları zamanı azı 70 etirazçı saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalına şəhər polisindən bildiriblər.

Məlumata əsasən, polislər və etirazçılar arasında baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı xəsarət alıb.

Telekanal qeyd edir ki, şəhərin bütün rayonlarında keçirilən etiraz aksiyalarında təxminən 1 000 nəfər iştirak edir.

Xatırladaq ki, ötən gün Nyu-Yorkda etiraz aksiyaları zamanı 200-dən artıq etirazçı saxlanılmışdı.