Şəkinin mərkəzində qonur ayı peyda oldu VİDEO FOTO


Digərləri 31 May 2020 09:38:00 153 0

Şəkinin mərkəzində qonur ayı peyda oldu  VİDEO  FOTO

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

Son.az xəbər verir ki, Şəki regional ekologiya idarəsindən Trend-ə verilən məlumata görə, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi, Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.