BakıSumqayıt yolundakı dəmiryol körpüsü yenidən qurulacaq


Digərləri 31 May 2020 09:41:00 147 0

BakıSumqayıt yolundakı dəmiryol körpüsü yenidən qurulacaq

Bakı-Sumqayıt yolunun Xırdalan hissəsindən keçən dəmir yolu körpüsü yenidən qurulacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, körpünün dayaqları Bakı-Sumqayıt yolunun genişləndirilən hissəsinə düşür və bu da avtomobillərin hərəkətinə problemlər yarada bilər:

"Bu məqsədlə körpünün dayaqlarının sökülərək yoldan kənarlaşdırılması nəzərdə tutulur. Dayaqların yoldan kənarlaşdırılması üçün körpü yenidən qurulmalıdır. Artıq körpünün yeni layihəsi hazırdır. Layihə aidiyyəti qurumlarla razılaşdırılandan sonra işlərə başlanacaq".