Atlanta şəhərinə Milli Qvardiyanın əsgərləri yeridilib


Dünya 31 May 2020 09:07:00 123 0

Atlanta şəhərinə Milli Qvardiyanın əsgərləri yeridilib

ABŞ-ın Corciya ştatının qubernatoru Brayan Kemp afroamerikalı Corc Floydun Minneapolisdə ölümündən sonra başlayan etiraz aksiyaları ilə əlaqədar nizamın qorunması üçün Atlanta şəhərinə 1,5 min Milli Qvardiya əsgərinin yeridilməsi barədə qərar imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru öz "Twitter" səhifəsində yazıb.

B.Kemp bildirib: "Ştatın və yerli hakimiyyət orqanlarının rəhbərləri birlikdə Atlantada ictimai təhlükəsizliyin təmin edilməsi və sülhün saxlanılması üzərində işləyirlər. Mən şəhərdə nizamın qorunması və qeyri-qanuni fəaliyyət ocaqlarının aradan qaldırılması üçün 1,5 min Milli Qvardiya əsgərinin səfərbər edilməsi barədə qərar imzaladım".

Xatırladaq ki, daha əvvəl Corciyanın qubernatoru Fulton dairəsində fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini bəyan edib. Bu qərara əsasən, ABŞ Milli Qvardiyasının 500 üzvü şəhərin sakinlərinin və onların mülkiyyətinin təhlükəsizliyini təmin etmək üçün dərhal şəhərə göndərilməli idi.