Trampdan afroamerikalının ölümünə reaksiya


Dünya 31 May 2020 09:17:00 138 0

Trampdan afroamerikalının ölümünə reaksiya

Minneapolisdə afroamerikalı Corc Floydun ölümü bir çox amerikalını dəhşətə gətirən böyük faciədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Crew Dragon" kosmik gəmisinin Florida ştatında yerləşən kosmodromdan havaya qalxmasından sonrakı çıxışında deyib.

D.Tramp bildirib: "Bütün amerikalılar üçün kosmosdakı bu əlamətdar gün haqqında danışmazdan əvvəl Minnesotadakı vəziyyətlə bağlı bir neçə söz demək istəyirəm. Corc Floydun Minneapolis küçələrində ölümü baş verməməsi gərəkən və bir çox amerikalını dəhşətə gətirən, qəzəbləndirən və kədərləndirən faciədir".

ABŞ prezidentinin sözlərinə görə, o, C.Floydun ailəsi ilə danışıb və onlara başsağlığı verib: "Hazırda bizə nifrət deyil, sakitləşmək, xaos deyil, ədalət gərəkdir".