NyuYorkda 200dən artıq etirazçı saxlanılıb


Dünya 30 May 2020 23:59:00 146 0

NyuYorkda 200dən artıq etirazçı saxlanılıb

ABŞ-ın Nyu-York şəhərində keçirilən etiraz aksiyası zamanı 200-dən artıq etirazçı polislər tərəfindən saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı Nyu-York polisinin rəhbəri Dermot Şi deyib.

Onun sözlərinə görə, etiraz aksiyasında təxminən 3 min nəfər iştirak edib. D.Şi bildirib ki, şəhərin Bruklin rayonunda etirazçılar polis əməkdaşlarına Molotov kokteylləri atıblar.

"CNN" telekanalının məlumatına əsasən, etirazçılarla toqquşmalar zamanı azı 10 polis əməkdaşı xəsarət alıb, təxminən 40 polis maşınına zərər dəyib.