Siqareti tərgitmək istəyənlər Omega3 içsin


Digərləri 30 May 2020 23:35:00 189 0

Siqareti tərgitmək istəyənlər Omega3 içsin

Omega-3 vitaminin siqaret istifadəsini azaltdığı ortaya çıxdı. Bu vitamin siqareti tərgidə bilməyənlər üçün böyük bir yardımçı qüvvədir.

Araşdırmaya gündə ən az 10 siqaret çəkən 18-45 yaşındakı kəslər qatıldı. İlk qrupa omeqa-3 verildi. Digər qrup müalicə xüsusiyyəti olmayan bir kapsula aldı. Araşdırmanın mövzusunu və omeqa-3 içdiklərini bilməyən iştirakçılar 30 gün müşahidə olundular. Bundan əlavə, iştirakçılara siqaret limiti qoyulmadı. Elm adamları, omeqa-3 istifadə edənlərin gündə 2 siqaret daha az çəkdiyini, bu səbəbdən nikotin ehtiyacının 11% azaldığını gördü. Digər qrupdakıların nikotin ehtiyacında azalma olmadı.

Araşdırmaçılar siqaret əleyhinə verilən dərmanların çox təsirli olmadığını və bunların əks təsirlərinin ola biləcəyini vurğuladı. Ucuz və çox az yan təsirə malik olan omeqa-3 isə, siqareti tərgitmək istəyənlər üçün əla bir seçimdir. Ancaq elm adamları, omeqa-3 vitamininin də həkimlə məsləhətləşərək istifadə edilməsini zəruri olduğunu bildirdilər.