Kofe hansı xəstəliyə səbəb ola bilər?


Digərləri 30 May 2020 22:40:00 229 0

Kofe hansı xəstəliyə səbəb ola bilər?

Kofenin bir çox faydalarının olduğu məlumdur. Eyni zamanda çox istifadə olunduqda bir sıra fəsadlarının yarandığı barədə də daim xəbərdarlıqlar olunur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu dəfə Cənubi Avstraliya Universitetinin sağlamlıq mərkəzinin alimləri kofe ilə bağlı araşdırmalar aparıblar. Onlar hesab edirlər ki, həddindən artıq qəhvə istifadəsi ciddi oynaq xəstəliklərinə gətirib çıxarır.

Məlumata görə, yeni tədqiqat başqa yolla aparılıb: alimlər qəhvənin onu  sevərlərin və ondan istifadə etməyənlərin sağlamlığına təsirini müqayisə ediblər.

Universitetin professoru Elina Hipponen bildirib ki, əvvəllər  hərtərəfli araşdırmalarda gündə altı fincana qədər qəhvənin təhlükəsiz olduğu deyilirdi: "Bu dəfə araşdırmada biz genetik yanaşmadan istifadə etdik-MR-PheWAS deyilən analizin köməyi ilə qəhvə istifadəsi və xəstəliklərin inkişafı arasındakı əlaqəni araşdırdıq. Nəticələr göstərir ki, qəhvənin məqsədəuyğun normada qəbulu sağlamlığa zərər vermir. Lakin normanın aşılması oynaqların-osteoartrit və artropatiya xəstəliklərinin inkişaf riskini artırır".