Təhlükəli virusu lazerlə aşkarlamaq mümkün olacaq


Digərləri 30 May 2020 22:45:00 122 0

Təhlükəli virusu lazerlə aşkarlamaq mümkün olacaq

Koronavirusu lazer şüası vasitəsi ilə aşkarlamaq mümkün olacaq. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) sürətli texnologiya inkişaf etdirilir.

Bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyinin məlumatında bildirilir. Məlumata görə, lazer şüaları texnologiyası qan hüceyrələrinə yoluxan kimi virusu müəyyənləşdirir, kamera qan hüceyrələrində morfoloji dəyişikliyi aşkarlayır. Testlər və dərhal nəticələr ictimai yerlərdə verilə bilər.

Beynəlxalq Holdinq Şirkətinin (IHC) tibbi tədqiqat qolu olan QuantLase İmaging Laboratoriyası müayinələr dairəsinin görünməmiş şəkildə genişləndirilməsinə, saniyələr ərzində yüksək sürətli qrup müayinələrini həyata keçirməyə imkan verən yeni bir vasitə hazırladığını elan edib. Bildirilir ki, bu texnologiya dünya alimlərinin koronavirusa yoluxma şübhəsi və yoluxmadan əvvəl potensial daşıyıcıları müəyyənləşdirmək üçün daha sürətli bir test üsulu hazırlamaq istədikləri bir vaxtda BƏƏ-nin tədqiqat və innovasiya mərkəzi kimi mövqeyini gücləndirəcək. Texnologiya mütəxəssislərə geniş miqyasda araşdırmalar aparmağa imkan verəcək, işçi qüvvəsində hadisələrin izlənilməsi və xəstəliklərin yayılmasının qarşısını almaq imkanlarını artıracaq.

BƏƏ-nin Səhiyyə və Sosial Müdafiə Naziri Əbdül Rəhman bin Muhammed Əl-Ovais, bu kəşflə bağlı danışıb: "Biz hər zaman Covid-19-un erkən və sürətli aşkarlanması ilə əlaqədar yenilikləri izləyirik. Hökumət səhiyyə sisteminə kömək edən təşəbbüsləri dəstəkləməyə can atır. Səhiyyə işçiləri bu cihazı sınamaq üçün QuantLase ilə sınaqların gedişatını yaxından izləyirlər. İşlək və xalqımızı daha yaxşı qorumağa kömək edəcək bir texnologiyanı görməkdən qürur duyuruq".

Öz növbəsində, son bir neçə ay ərzində araşdırma aparan və analiz edən laboratoriyadakı tədqiqatçılar qrupuna rəhbərlik edən doktor Prumad Kumar virusa yoluxmuş qan hüceyrələrinin quruluşundakı dəyişiklikləri Elektron mikroskopdan istifadə edən vasitənin (CMOS) testlərin kütləvi miqyasda aparılmasına və nəticələrin saniyə ərzində verilməsinə imkan verəcəyini bildirib: "Əslində, optik fazanın daxil edilməsinə əsaslanan lazer əsaslı DPI texnologiyası istifadəsi asan olmaqla yanaşı, cərrahi olmayan və ucuz qiymətə malikdir və saniyələr içində virusu təsbit edə bilər. Cihaz xəstəxana və ictimai yerlərdə, məsələn, kinoteatr və ticarət mərkəzlərində istifadə edilə bilər. Bu vasitənin koronavirusunun yayılmasında ən böyük paradiqma dəyişikliyi olacağını düşünürük".