Ədviyyatlar immuniteti gücləndirən vasitələrdən biridir


Digərləri 30 May 2020 22:50:00 147 0

Ədviyyatlar immuniteti gücləndirən vasitələrdən biridir

Yemək və şirniyyatlara xüsusi dad, xoş ətir, bəzən rəng qatmaq üçün istifadə olunan ədviyyatlar insan orqanizmi üçün faydalıdır. Ədviyyatların digər xüsusiyyətlərindən biri də antioksidant təsir göstərməsidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onların tərkibində olan mineral və vitaminlər maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir.

Ədviyyatlar içərisində ən çox istifadə olunan qara istiot zülal, mineral maddələr, karbohidrat və S vitamini ilə zəngindir. İstiot yaddaşı gücləndirir, orqanizmi mikroblardan qoruyur, beyində damarları genişləndirir, qan dövranını tənzimləyir, ürək ağrısının azalmasında faydalı hesab edilir.

Qara zirə yaddaşı möhkəmləndirir, immuniteti gücləndirir.

Geniş istifadə olunan nanə həzm prosesinə kömək edir və ürəkbulanmanı azaldır.

Sevilən ədviyyatlardan olan sarıkök isə fosfor, dəmir, yod, kalsium, S, B1, B2, B3 və K vitaminləri ilə zəngindir. Onun tərkibindəki efir yağı antioksidant rolu oynayaraq orqanizmi cavanlaşdırır və müxtəlif xəstəliklərdən qoruyur.

Üyüdülmüş və quru halda olan zəncəfil çox güclü antioksidant təsirə malikdir.