Pandemiya dövründə gənclər arasında bu xəstəlik artıb Covid19un ən ölümcül əlaməti


Digərləri 30 May 2020 22:10:00 147 0

Pandemiya dövründə gənclər arasında bu xəstəlik artıb Covid19un ən ölümcül əlaməti

COVİD-19-un gənclər üçün ölümcül simptomu məlum olub.

Son.az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Corc Meyson Universitetinin alimlərinin apardığı araşdırmaya görə, 40 yaşdan aşağı xəstələr üçün koronavirusun ən qorxulu, ölümcül əlaməti insultdur.    

Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova bildirib ki, belə xəstələr üçün "ilk və son" simptom insult ola bilər: "Bilmək vacibdir ki, hiperkoaqulyasiya (laxtalanma sisteminin artan aktivliyi) tez-tez, xüsusən də asimptomatik və aşağı simptomatik xəstələrdə COVID-19-un yeganə əlamətidir".

Onun sözlərinə görə, epidemiya dövründə ürək-damar patologiyaları olan gənclərin sayı son iki ilin analoji dövrləri ilə müqayisədə yeddi dəfə artıb.