Yaponiyada kosmonavtı əvəzləyəcək robot hazırlanacaq


Digərləri 30 May 2020 22:20:00 131 0

Yaponiyada kosmonavtı əvəzləyəcək robot hazırlanacaq

Yaponiyada kosmonavtları əvəzləyəcək robot hazırlanacaq. Robot vasitəsilə həm xərclər azalacaq, həm də real insanların həyatına olan təhlükə aradan qaldırılacaq. Layihə Gitai startap əsasında hazırlanır.

Son.az ted.az-a istinadən bildirir ki, startap müəlliflərinin fikrincə, əgər robot kosmonavtı əvəzləsə, bu zaman Yaponiya aerokosmik xərclərinə 90% qənaət edə bilər.

"Qənaət ediləcək xərclər real insanların kosmosa uçuşa ilə bağlıdır. Robotları olduqca çox funksiyalı etmək lazımdır ki, onlar kosmosda insanları əvəzləyə bilsinlər", - deyə startap müəllifləri bildiriblər.

Yaponiyalı kosmonavtlar etiraf edirlər ki, kosmosda elmi tədqiqat aparmaq üçün onlara robot lazımdır.