Pakistanda maska rejimi tətbiq edilib
Dünya 30 May 2020 20:51:00 169 0
Pakistanda ictimai yerlərdə maska taxmaq məcburi oldu.
Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş nazirinin səhiyyə məsələləri üzrə köməkçisi Zəfər Mirzə deyib.
Z.Mirzə bildirib: "Koronavirusa yeni yoluxma hallarının sayının hər gün artması nəzərə alınaraq, artıq maska taxmaq məcburi oldu".
Onun sözlərinə görə, insanlar qatarlarda, ictimai nəqliyyatda, məscidlərdə, bazarlarda və mağazalarda maska taxmalıdırlar.
Mənbə: milli.az