Ukrayna prezidentinin ötən ilki gəliri açıqlandı


Dünya 30 May 2020 20:58:44 148 0

Ukrayna prezidentinin ötən ilki gəliri açıqlandı

Ukrayna Prezidenti Vladimir Zelenski və ailə üzvləri 2019-cu il ərzində 1 milyon ABŞ dollarından çox qazanıb.

Vladimir Zelenski və xanımı

Ukrayna Prezidenti Vladimir Zelenski və ailə üzvləri 2019-cu il ərzində 1 milyon ABŞ dollarından çox qazanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna liderininmətbuat xidməti bildirib.

"Bəyannaməyə əsasən 2019-cu il dövlət başçısının və ailəsinin gəlirləri 28 602 468 qrivna (təxminən 1,06 milyon ABŞ dolları - red) təşkil edib", - xəbərdə deyilir.

Qeyd edilir ki, ötən il Zelenski ailəsi ölkə büdcəsinə 3,6 milyon qrivna vergi ödəyib.

"Dövlət başçısının 2019-cu ilin may-dekabr ayları üzrə maaşının məbləği 208 787 qrivna (demək olar ki, 7,8 min ABŞ dolları) təşkil edib", - mətbuat xidmətində qeyd ediblər.

Zelenski daha əvvəl bildirib ki, prezident vəzifəsi onun məsuliyyəti və insanların həyatını yaxşılaşdırmağa kömək etmək imkanı ilə xoşuna gəlir.