Ürək üçün ən faydalı məhsul: Həftədə 3 porsiya ölüm riskini azaldır


Digərləri 30 May 2020 20:20:00 144 0

Ürək üçün ən faydalı məhsul: Həftədə 3 porsiya ölüm riskini azaldır

Alimlər qozun ürək üçün ən faydalı məhsul olduğunu açıqlayıblar.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu Harvard Xalq Sağlamlığı Məktəbinin alimi, tibb elmləri doktoru Marta Guash Ferre bildirib. Onun sözlərinə görə, qozun tərkibində çoxlu miqdarda alfa-linolen turşusu var ki, bu da faydasına görə, balıqda olan Omega-3 yağ turşusu ilə müqayisə edilə  bilər. Bundan əlavə, mütəxəssis məhsulun antioksidant və iltihab əleyhinə xüsusiyyətlərini də qeyd edib.

Bununla bağlı iki il əvvəl daha bir araşdırma aparıldığı da qeyd edilib.  Tədqiqatçılar belə nəticəyə gəliblər ki, həftədə üç porsiya qoz yemək müxtəlif səbəblərdən ölüm riskini 45% azaldır.